“Fənərbağça” xorvatiyalı oyunçu ilə beşillik müqavilə imzalayıb

“Fənərbağça” xorvatiyalı oyunçu ilə beşillik müqavilə imzalayıb

Türkiyənin “Fənərbağça” klubu Xorvatiya millisinin futbolçusu Dominik Livakoviçlə müqavilə imzalayıb.

Cebhe.info xəbər verir ki, 28 yaşlı oyunçunun sözləşməsinin müddəti 5 illikdir.

Livakoviç İstanbul klubunda 40 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dominik Livakoviç 2015-ci ildən Zaqreb “Dinamo”sunda çıxış edib.

Cebhe.info