Qəzada xəsarət alan 21 nəfər evə buraxıldı

Dünən saat 08:00 radələrində Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 24 nəfərdən 21-i ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 1 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.
2 nəfər isə Goranboy rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunublar.
Qeyd edək ki, dünən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.
"Cebheinfo.az"