Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, Digah qəsəbəsində Elçin Əliyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən Əfqan Məhərrəmovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"