"Gəncə" heyətinə yeni basketbolçu cəlb edib

"Gəncə" heyətinə yeni basketbolçu cəlb edib

"Gəncə" heyətinə yeni basketbolçu cəlb edib.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Lənkəran”dan ayrılan Andre Ball bölgə təmsilçisinin şərəfini qoruyacaq.

Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.

ABŞ-dən olan Andre Ball mərkəzi oyunçusu mövqeyində çıxış edir. 206 sm boya malik basketbolçu komandada 1 nömrəli formanı geyinəcək.

"Cebheinfo.az"