Tibo Kurtua Belçika millisinə qayıtmağa hazırdır

Tibo Kurtua Belçika millisinə qayıtmağa hazırdır

İspaniyanın "Real" (Madrid) klubunun qapıçısı Tibo Kurtua baş məşqçi Domeniko Tedeskonun gedişindən sonra Belçika millisinə qayıtmağa hazırdır.

"Report" "Marca" qəzetinə istinadən xəbər verir ki, yeni çalışdırıcı Rudi Qarsiya 32 yaşlı qolkiperi Belçikanın UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün heyətə çağıracaq.

"Əlcək sahibi" 2 il əvvəl sabiq baş məşqçi Tedesko ilə münaqişə edərək millidən ayrılmışdı. Alman mütəxəssisin postunu tərk etməsindən sonra qapıçının heyətə dönüşü real görünür.

Qeyd edək ki, Kurtua Belçika millisində 102 oyun keçirib, 51 matçda qapısının toxunulmazlığını qoruyub.

"Cebheinfo.az"