Bu qan qrupundan olan insanlar daha uzun yaşayırlar - ARAŞDIRMA

Bu qan qrupundan olan insanlar daha uzun yaşayırlar - ARAŞDIRMA

Ümumiyyətlə, dörd qan növü olduğuna inanılır, lakin əslində onlardan sayı 35-dir. 

“Cebheinfo.az” OSN-a istinadən yazır ki, bunu həkim Aleksandr Myasnikov deyib.

Bununla belə, asan olması üçün qan qruplarını 1,2,3 və 4-ə və ya O, A, B, AB qruplarına bölürlər. Həkimin sözlərinə görə, qan qrupu sağlamlıq və ömür uzunluğu ilə bağlı bir çox amillərə təsir göstərir: "Uzunömürlülük 100% qan qrupunuzdan asılı ola bilər". 

Həkimlər elmi araşdırmalara istinad edərək, müəyyən qan qrupu və mənfi Rh faktoru olan insanların sağlamlıq baxımından daha həssas olduğunu, onların daim təhlükə altında olduqlarını iddia edirlər, 
Alimlər əmindirlər ki, dördüncü qan qrupunun daşıyıcıları başqalarına nisbətən müxtəlif infeksiyalara və xəstəliklərə daha çox meyillidirlər. Onların qan itkisindən ölüm riski 28%-ə çatır, digər qruplardan olan insanlarda bu, 11% təşkil edir. 

Həmçinin, dördüncü qan qrupunun daşıyıcıları tez-tez qan laxtalanması ilə bağlı problemlər yaşayırlar.

Xəzər
“Cebheinfo.az”