Əli Mirəliyevdən öldürülən müğənninin bacısına cavab: “Yaqutu mən öldürmüşəm?”

Əli Mirəliyevdən öldürülən müğənninin bacısına cavab: “Yaqutu mən öldürmüşəm?”

Oktyabrın 16-da qısqanclıq zəminində müğənni Yaqut Həşimova həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib. 

Mərhumun duet ortağı, müğənni Əli Mirəliyev televiziyada yayımlanan verilişlərin birində müğənni haqqında “Sağ olarkən içkili halda mənə zəng vurmuşdu. O, artıq yolunu azmışdı” ifadəsini işlədib.

Mərhumun bacısı Şəlalə efirə bağlanaraq, Əli Mirəliyevin işlətdiyi ifadəyə görə onu məhkəməyə verəcəyini bildirib.

Məsələ ilə bağlı Əli Mirəliyev Cebhe.info-ya açıqlama verib: 

“O, kimdir ki, məni məhkəməyə versin? Bəyəm Yaqut Həşimovanı mən öldürmüşəm? Ona qalsa, Yaqutun jurnalist bacısı oğlana şər atmışdı. Guya ki, Yaqutun əri narkomandır. Yazıq oğlan heç siqaret də çəkmirdi. Utanmır,  məni məhkəməyə verir. Buyursun, məni məhkəməyə versin”. 

Həsən Məmmədov 
Cebhe.info