Məşhur reper  qayıtdı: Yəhudiləri yenidən sevib

Məşhur reper  qayıtdı: Yəhudiləri yenidən sevib

Məşhur reper Kanye Uest uzun fasilədən sonra instaqrama qayıdıb və ilk paylaşımını yayımlayıb.

Cebhe.info xəbər verir ki, o, paylaşımında "Maço və Nerd" (2012) filminin posterini yerləşdirib. Reperin sözlərinə görə, filmə baxdıqdan sonra yenə yəhudilərə aşiq olub: “Heç kim bir-iki insana qəzəbi milyonlarla günahsız insana nifrətə çevirməməlidir. İsanın yəhudi olduğunu nəzərə alsaq, heç bir xristianı antisemit adlandırmaq olmaz”.

Reper filmin baş rol ifaçısı Con Hillə təşəkkür edib və aktyora sevgisini bildirib.

2023-cü ilin yanvarında Kanye Vest keçmiş işçisi Bianca Censori ilə evləndi.

Xəzər
Cebhe.info