Deputat: "Biz müharibəni kişi kimi aparmışıq"

Deputat: "Biz müharibəni kişi kimi aparmışıq"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ABŞ-ın riyakar siyasət yürütdüyünü bildirib. 

Cebhe.info xəbər verir ki, bu barədə o, parlamentin bu gün keçirilən plenar iclasında danışıb. 

"Siz beynəlxalq hüququ məşğul edirsiniz. Eyni zamanda güclü dövlət olaraq haqqın yanında olmalısınız. Biz müharibəni kişi kimi aparmışıq, heç bir mülki şəxsə zərər gəlməyib. Heç bir “etnik təmizləmə” olmayıb. Amerikanın bu kimi bəyanatları qəbul etməməsinin səbəblərindən biri Azərbaycan prezidentinin müstəqil siyasətini qəbul etməməsi, müsəlman dövlətinin dirçəlməsinin qarşısını almaqdır", - o qeyd edib. 

Cebhe.info