Tarixi qələbəmizin Zəfər sevinci

Tarixi qələbəmizin Zəfər sevinci

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər sayəsində Qarabağ 27 ildən sonra işğaldan azad olundu.

Xalqın birləşməsi nəticəsində bu tarixi uğura nail olduq. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi və yaranan böyük güc sayəsində Qarabağı işğaldan azad etdik.

Bu möhtəşəm qələbənin ən yadda qalan xatirələrindən biri də heç şübhəsiz ki, Zəfər paradı idi. Belə ki, 10 dekabr 2020-ci ildə keçirilən möhtəşəm parad hər birimizin yaddaşına həkk olundu.

Hər bir vətəndaş sözügedən parada böyük qürur hissi ilə şahidlik etdi. Tariximizin ən şanlı səhifəsinin - Vətən müharibəsində parlaq qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız tərəfindən izlənilmişdi.

Həmin paradda 3000 min Azərbaycan əsgəri və zabiti ilə yanaşı, Türkiyənin əsgər və zabitləri də iştirak etdi. Paradın əhəmiyyətini artıran ən önəmli məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı idi.

Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsi və  bir sutkalıq lokal xarakterli antiterror tədbirləri Azərbaycanın öz ərazisində suverenliyinin tam şəkildə bərpası ilə yekunlaşdı:

“Biz bununla da 30 ilə yaxın müddət ərzində işğal olunan torpaqlarını öz gücü, xalqın birliyi, Ali Baş Komandanın qətiyyəti və şanlı ordusunun qəhrəmanlığı ilə azad edən dövlət olduq.

Artıq hər birimiz qürurlu xalqın nümayəndələri olduğumuz üçün fəxr edirik. Bu böyük missiyanı həyata keçirən müzəffər Ali Baş Komandan İlham Əliyevə və xalqımıza eşq olsun! Qələbələrimizi özündə xarakterizə edən, qələbənin təntənəsi və tarixini şanlı səhifəsini özündə əks etdirən Zəfər paradı hər bir azərbaycanlının yaddaşında illər boyu qalacaq.

Çünki o qürurverici gün parlaq zəfərimizi özündə təcəssüm etdirirdi. Azərbaycan Zəfər paradı ilə yalnız öz xalqına və dünya azərbaycanlılarına yox, həm də dünyaya bir daha göstərdi ki, 30 ilə yaxın işğalla barışmadı. Əksinə, buna qarşı mübarizə apardıq, toparlandıq, gücləndik, iqtisadiyyatımızı inkişaf etdirdik və ordu quruculuğumuz ən yüksək səviyyəyə çatdırdıq. Bununla da böyük və parlaq qələbə qazandıq”.

Millət vəkili qeyd edib ki, Zəfər paradı həm də Azərbaycanın xalqının yumruq halında birləşməsini göstərdi:

“Xalqımız həmin günlərdə yumruq halında Ali Baş Komandanın ətrafında birləşdi və o yumruq “Dəmir yumruğ”a çevrilərək düşmənin başını əzdi. Bununla təkcə Ermənistanın deyil, bütün dünya ermənilərin “bel sütunun”u qırdıq. 

Uzun illərdən bugünlərə gəlib çıxan erməni vəhşiliyinə, onların insanlarımıza və torpaqlarımıza qarşı soyqırım törətmələrinə bir növ cavab verdik.

Biz Zəfər paradı ilə əsgərlərimizin məğrur gedişini, Ali Baş Komandanın qürurla onları seyr etməsini, habelə xalqımızın sevinc və həyəcan içində onları izləməsi bizi bir daha dünyanın ən qürurlu və ən güclü xalqlarından biri etdiyinin təzahürü idi. 

Həmçinin, minlərlə insan Bakıya axışaraq Zəfər paradını öz gözləri ilə izlədilər. Tarixin elə şərəfli və şanlı günlərini yaşayırıq ki, gələcək nəsillər bəlkə də buna görə bizə qibtə edəcəklər. Onlar həmin dövrün, zamanının insanları olmadıqları üçün heyfslənəcəklər”.

Vüqar İskəndərov vurğulayıb ki, Zəfər paradı Azərbaycanın hərbi qüdrətini və hərbçilərinin gücünü bütün dünyaya göstərdi:

“Paradın keçirildiyi məkan həm də Azərbaycanın yaratdığı şəhər olan müasirliyi və qədimliyini özündə əks etdirən Bakının gözəlliyini və ordumuzun əzəmətini bütün dünya heyranlıqla izlədi. Bununla da biz bir daha göstərdik ki, bu qürurlu və vüqarlı xalq mətindir, əzilməzdir. Üstəlik, bu əzmi və gücü ilə bir daha qəhrəmanlıq nümunəsini ortaya qoydu”

Elmir Mustafa
"Cebhe.info"