Yeni parlamentin sədri və müavinləri - SİYAHI

Yeni parlamentin sədri və müavinləri - SİYAHI

Xəbər verdiyimiz kmi, bu gün yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.

Prezident İlham Əliyev iclasda iştirak və çıxış edib. 

İclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib.

Sahibə Qafarova parlamentin sədri seçilib.

İclasın gedişində Əli Əhmədov Milli Məclis sədrinin I müavini seçilib.

Rafael Hüseynov Milli Məclis sədrinin müavini olub. O, parlamentdəki azlığın nümayəndəsi kimi bu postda təmsil olunacaq. 

Ziyafət Əsgərov da Milli Məclis sədrinin müavini seçilib.

Milli Məclis sədrinin növbəti müavini Musa Qasımlı olub. Musa Qasımlı parlamentdəki bitərəflərin nümayəndəsi kimi bu postda təmsil olunacaq.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Xəzər
“Cebheinfo.az”