Dövlət qəzetinin vergi borcu yarandı

Dövlət qəzetinin vergi borcu yarandı

Rəsmi dövlət qəzeti olan “Bakinski raboçi”nin vergi borcu yaranıb. 

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, borcun ümumi həcmi 6320.69 manatdır.

Borcu Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi yazıb və ora ödənilməlidir. 

Qeyd edək ki, “Bakinski raboçi” 1906-cı ildən çap olunur. Azərbaycan mətbuatı tarixində ən uzunömürlü qəzet sayılır. Mətbuat orqanın təsisçisi Azərbaycan Prezidentinin İşlər İdarəsidir.

“Bakinski raboçi” qəzetinin baş redaktoru və qanuni təmsilçisi İlqar Hüseynovdur.

"Cebheinfo.az"