Polkovnik Əli Nuriyev yüksək vəzifəyə təyin olundu

Polkovnik Əli Nuriyev yüksək vəzifəyə təyin olundu

Ağ Ciyər Xəstəliklər Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib.

"Report"un Aran bürosunun məlumatına görə, bu vəzifəyə 1967-ci il təvəllüdlü Nuriyev Əli Mirzəmməd oğlu təyin olunub.

Bundan əvvəl həmin vəzifədə Xanış Abbasov çalışıb.

Qeyd edək ki, ehtiyatda olan polkovnik Ə.Nuriyev uzun illər hərbi həkim işləyib.

"Cebheinfo.az"