Xankəndidə “Şəfəq" hotelin açılışı olub – FOTOLAR

Xankəndidə “Şəfəq" hotelin açılışı olub – FOTOLAR

Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşən Xankəndi şəhərində bu gün “Şəfəq" hotelin açılışı olub.

“Cebheinfo.az” xəbər verir ki, açılış mərasimində Xankəndi şəhərinin rəsmi nümayəndələri, Qarabağ qaziləri iştirak ediblər.

“Şəfəq" hotelinin rəhbərliyi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə apardığı iqtisadi islahatlar nəticəsində sahibkarlar üçün yaradılan şərait, həmçinin ölkədəki iqtisadi–sosial sabitlik, paytaxt Bakı ilə yanaşı, regionlarda da investorların böyük həcmdə investisiya yatırmalarına zəmin yaradıb.

Həmçinin, bu gün dövlət başçımızın diqqət və qayğısının, məqsədyönlü siyasətinin nəticəsidir ki, Xankəndi şəhəri gündən-günə daha da inkişaf edir, beynəlxalq turizm mərkəzinə çevrilir.

Qeyd edək ki, ən yüksək standartlara cavab verən hotelin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, Xankəndi şəhərinin sosial-iqtisadi inkişafında mühüm rol oynayır, hotel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

"Şəfəq" hoteli 3 mərtəbədən, 14 otaqdan ibarətdir. Onların hər birində qonaqların özlərini rahat hiss etmələri üçün hər cür şərait yaradılıb. Hoteldə pulsuz Wi-Fi və qaraj xidməti var.  

"Cebheinfo.az"