“Ağ ölüm”: Qadınlar bu tələyə necə düşürlər?

“Ağ ölüm”: Qadınlar bu tələyə necə düşürlər?

Azərbaycanda narkoloji dispanserdə qeydiyyatda olan 36 659 nəfərdən 802-ni qadınlar təşkil edib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023- cü il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, həmin qadınlardan 390 nəfəri eyni vaxtda bir neçə narkotik vasitədən istifadə edənlər olub.

Məsələ ilə bağlı Bakı Şəhər Narkoloji Mərkəzinin həkim psixiatr-narkoloqu, tibb elmləri namizədi Fəzail Sadıqov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu xəstəlik cavanlıq xəstəliyidir:

"Narkotik istifadəçiləri artır. İstərsə qadınlar, istərsə də kişilərdə narkotik istifadəsində artım var. Sırf qadınlar narkotik qəbul etmir. 10 kişiyə bir qadın nisbəti düşür. Narkotik qəbulu 18-30 yaş aralığında adətən olur. 30 yaşı keçmiş şəxslərdə narkotikdən istifadəyə az rast gəlmək olur".

Ləman İsmayıl
"Cebhe.info"