ABŞ husilərə məxsus PUA-ları vurub

ABŞ husilərə məxsus PUA-ları vurub

ABŞ Yəməndə husilərə aid 4 PUA-ya qarşı "müdafiə hücumu" həyata keçirib.

"Cebhe.info" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial media platformasında verdiyi açıqlamada bildirib. 

"Bu hərəkətlər naviqasiya azadlığını qorumaq və beynəlxalq suları ABŞ Hərbi Dəniz Qüvvələri və ticarət gəmiləri üçün daha təhlükəsiz etmək üçün atılır", - deyə bəyanata daxil edilib.

Nigar Hacılı 
"Cebhe.info"