Avstriyada nasizmi təbliğ edən şəxs həbs olundu

Avstriyada nasizmi təbliğ edən şəxs həbs olundu

Avstriyanın Tirol əyalətində nasizmi təbliğ edən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.

"Cebhe.info" xəbər verir ki, İnsbruk Rayon Məhkəməsi verdiyi yazılı açıqlamada 38 yaşlı Manuel E. adlı musiqiçinin neo-nasist musiqi qrupunun qurucusu olduğunu, Avropada bir çox irqçi və nasist görüşlərinə qatıldığını, uşağının vəftiz mərasimində svastikalı şamdan istifadə etdiyini bildirib.

Nasist təbliğatını ehtiva edən qadağan olunmuş kitabları ətrafındakı insanlarla paylaşdığı təsbit edilib.

Məhkəmə Dövlət Təhlükəsizliyi və Kəşfiyyat İdarəsi tərəfindən "çox təhlükəli olaraq təsnif edilən" avstriyalının nasist təbliğatı apardığını müəyyən edərək, dirçəlişi qadağan edən qanuna uyğun olaraq Manuel E-nin 9 il həbs cəzasına məhkum edilməsinə qərar verib. 

Prokurorluq və məhkəmənin ittihamlarını rədd edən Manuel E nasist dünyagörüşünün dirçəlməsini qadağan edən qanunu çox yaxşı bildiyini və buna qarşı hərəkət etmədiyini iddia etsə də, məhkəmənin qərarı dəyişməyib.

 Nigar Hacılı 
"Cebhe.info"