Dubay-İrəvan reysi təxirə salındı - SƏBƏB

Dubay-İrəvan reysi təxirə salındı - SƏBƏB

Dubaydan İrəvana və əks istiqamətdə bir reys daşqın səbəbindən təxirə salınıb.

Bunu Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbərinin köməkçisi Lilit Aqabekyan "Sputnik Armenia"ya bildirib.

Bildirilib ki, "Flydubai" təyyarəsi bu gün saat 11:20-də Zvartnotsa enməli idi, lakin BƏƏ-dəki məsələlərə görə havaya qalxmayıb.

Başqa uçuşlar planlaşdırılmayıb.

"Cebhe.info"