Ermənistan indi də Qazaxı istəyir: Nazir açıqladı

Ermənistan indi də Qazaxı istəyir: Nazir açıqladı

“Tavuş vilayətində də həmin xəritələrə görə bizə qaytarılmalı olan tporpaqlarımız var.

“Cebhe.info”-nun məlumatına görə, Ermənistanın ərazi infrastrukturları naziri Qnel Sanosyan parlamentdə keçirdiyi brifinqdə belə deyib.

Nazir qeyd edib ki, 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı heç bir qərar yoxdur.

“Söhbət iki ölkənin müvafiq komissiyalarının iki ölkə sərhədinin demarkasiyası prosesinə yönəlmiş işindən gedir. Dinamika var, görüşlər keçirilir, sonra tərəflər öz yerlərinə qayıdır, bu bir prosesdir, növbəti görüşün nə vaxt olacağını bilmirəm”, - deyə nazir əlavə edib. 

Sanosyanın sözlərinə görə, hazırda hüquqi və sənədləşmə prosesi gedir. Sonra demarkasiya prosesi baş tutacaq.

Qnel Sanosyan bildirib ki, yerli əhalinin inamsızlığının səbəbi bəzi adamların qeyri-müəyyən, anlaşılmaz xəbərlər yaymağa çalışmasıdır:

“Baş nazir çox açıq şəkildə bildirib ki, əgər xəbər və ya dəyişiklik meydana çıxarsa, o, növbəti görüşə də gələ bilər. Əgər qərar yoxdursa, dəyişiklik də yoxdur. Bəlkə, hər gün görüşməyə ehtiyac da yoxdur. Amma istər Voskeparda, istərsə də bələdiyyədə demək olar ki, hər gün görüşlər keçirilir, izahat aparılır”. 

Nazir Sanosyan qeyd edib ki, bəzi yerlərdə infrastrukturla bağlı problemlər olsa da, bəzi yerlərdə bu, yoxdur:

“Sərhədyanı rayonlarda elə infrastruktur var ki, orada kəndin su təchizatı və ya qaz xətti ola bilər. İndi demarkasiya prosesindən sonra sərhədçilərin nə vaxt orada olacağını, harada yerləşdiriləcəyini, bir-birinin yanında, yoxsa bir az uzaqda dayanacağını anlamaq lazımdır.

Neytral zona olacaq ya yox, neytral zona yaransa, bu zonada infrastruktur olacaq ya yox? İndi bir sıra amillərdən ibarət adi təşkilati işlər aparılır. Hər bir idarənin iki qonşu ölkənin bu prosesdən keçməsini təmin etmək və hansı problemlərin yarana biləcəyini müzakirə etmək vəzifəsi var”.

Nazir qeyd edib ki, Ermənistan ərazisində yerləşən ev demarkasiya nəticəsində o biri tərəfə keçə bilməz.

Sanosyan qeyd edib ki, bütün proses sülhə əsaslanır.

Müşfiq Abdulla 
“Cebhe.info”