Qəzzada ölən BMT əməkdaşlarının sayı açıqlandı

Qəzzada ölən BMT əməkdaşlarının sayı açıqlandı

Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının 171 əməkdaşı həlak olub.

"Cebhe.info" xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.

Məlumatda İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında “UNRWA”-nın 171 əməkdaşının həyatını itirdiyi bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, Qəzzadakı xəstəxanaların üçdə ikisi fəaliyyət göstərmir və Qəzza zolağında gözlənilən aclığa baxmayaraq, bölgəyə çatdırılan humanitar yardımın həcmində ciddi dəyişiklik yoxdur.

Bildirilib ki, 1-27 mart tarixləri arasında “Kərəm Əbu Səlim” və “Rəfah” sərhəd keçid məntəqələrindən Qəzzaya orta hesabla 159 humanitar yardım maşını daxil olub.

BMT Əhali Fondunun (UNFPA) icraçı direktoru Natalia Kanem isə Qəzzada aclığın yaratdığı böhran səbəbindən yeni doğulmuş uşaq ölümlərinin artdığına diqqət çəkib.

Nigar Hacılı 
"Cebhe.info"