Qəzzada ölənlərin sayı artır

Qəzzada ölənlərin sayı artır

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 33 min 899-a yüksəlib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Qudra qeyd edib.

Qudra, İsrail qüvvələrinin son hücumlarında daha 89 fələstinlini yaraladığını və Qəzza zolağında yaralananların ümumi sayının 76 min 664-ə çatdığını bildirib.

Səhiyyə Nazirliyinin sözçüsü, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiklərini vurğulayıb.

Nigar Hacılı 
"Cebhe.info"