Qlobal müdafiə xərcləri 2 trilyon dolları ötüb

Qlobal müdafiə xərcləri 2 trilyon dolları ötüb

Qlobal müdafiə xərcləri 2023-cü ildə ilk dəfə olaraq 2 trilyon ABŞ dolları keçib.

Bu barədə ABŞ-nin müdafiə texnologiyaları sahəsində konsaltinq şirkəti “Forecast International”ın hesabatında deyilir.

Hesabata görə, müdafiə xərcləri 10,4 % artıb. Hərbi ehtiyaclara ayrılan xərclərin 2,12 trilyon ABŞ dollarına yüksəlməsinin səbəbləri arasında Ukrayna və Qəzza zolağındakı münaqişələr, Qırmızı dəniz regionunda vəziyyətin gərginləşməsi var.

Bundan əlavə, ekspertlər 2030-cu ilə qədər müdafiə xərclərinin daha da artmasını istisna etmirlər.

"Cebhe.info"