Bazarda kəskin ucuzlaşma: Bu avtomobillərin qiyməti "öləcək"

Bazarda kəskin ucuzlaşma: Bu avtomobillərin qiyməti "öləcək"

Taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib.

Tələblərə əsasən, buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına, eləcə də taksilərin rəngləri ağ və ya qırmızı olmalıdır.

Bildirək ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilib.

Maraqlıdır, ümumiyyətlə avtomobil bazarı bu qərardan necə təsirlənəcək?

Mövzu barədə “Cebhe.info”-ya danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru, nəqliyyat eksperti Eyyub Əliyev bildirib ki, bu qərardan sonra ikinci əl avtomobil bazarında 30-45 faiz arası endirim olacaqdır:

“Ölkə ərazisindəki satılan bahalı maşınların qiymətlərində xeyli ucuzlaşma olacaq. Xatırladım ki, hazırda Bakıda 60 mindən çox taksi fəaliyyət göstərir. Onların da 80-85 faizi “Toyota Prius”lardır. Azərbaycanda “Toyota Prius” avtomobillərinin dövrüyyədən çıxması, sonda maşın bazarında satışına yol açacaq. Nəticədə onların da dəyərindən aşağı qiymətə satılması gözlənilir”.

Həmsöhbətimiz qeyd edib ki, taksi xidməti sektorunda yeni avtomobillərə ehtiyac yaranacaq:

“Taksi xidməti sektorunda “avro-5” ekoloji standartına cavab verən avtomobillərin satış dinamikasında irəlləyiş olacaq. Eyni zamanda bu qərar yerli avtomobil istehsalında vəziyyətə müsbət təkan vərəcək. Yəni Azərbaycanda avtomobil istehsalının həcmi artacaq. Məhz bu baxımdan bu qərarın müsbət tərəfləri var”.

Həsən Məmmədov
“Cebhe.info”