50 ilin “qanuni oğru”su həbsxanada öldü

50 ilin “qanuni oğru”su həbsxanada öldü

“Qanuni oğru”, kriminal aləmdə “Suxumi klanı”nın üzvü kimi tanınan “Apakela” ləqəbli 79 yaşlı Boris Petrov həbsxanada vəfat edib.

O, cəza çəkdiyi Penzada dünyasını dəyişib. 

“Cebhe.info” xəbər verir ki, Moskva Vilayət Məhkəməsi cinayət iyerarxiyasında yüksək vəzifə tutduğuna görə onu ötən il 8 il müddətinə azadlıqdan məhrum etmişdi. 

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq”) ilə təqsirli bilinib. Məhkum cəzasını ciddi rejimli koloniyada çəkirdi.

Məhkəmə müəyyən edib ki, Petrov 1965-ci ildə “qanuni oğru” statusu alıb. O, kriminal aləmdə ciddi səlahiyyətə malik olub, “oğru”ların yığıncaqlarında (“sxodka”-red.) və kriminal təsir sahələrinin yenidən bölüşdürülməsində iştirak edib.

Xəzər
“Cebhe.info”