20 yaşlı tələbə qəfil öldü

20 yaşlı tələbə qəfil öldü

Hindistanın Maharaştra əyalətində yerləşən RG Shinde Universitetində oxuyan 20 yaşlı tələbə Varşa Xarat məzuniyyət nitqi zamanı söyləyərkən qəfil vəfat edib.

“Cebheinfo.az” xəbər verir ki, elm fakültəsinin sonuncu kurs tələbəsi olan Varşa Xarat buraxılış mərasimində çıxış etmək üçün kürsüyə qalxıb.

Nitqinə şən və enerjili şəkildə başlayan gənc qız birdən susub və qəfil yerə yıxılıb. Hadisə anı kameraya düşüb.Səhnədə olan digər tələbələr dərhal köməyə qaçıblar.

Varşa təcili olaraq Paranda Dövlət Xəstəxanasına çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyib. Universitet müəllimləri onun parlaq bir tələbə olduğunu, özü və ailəsi üçün böyük arzular qurduğunu qeyd edib.

Fermer ailəsindən olan Varşanın bir bacısı və bir qardaşı vardı.

Onun əmisi bildirib ki, Varşa daha əvvəl ürəklə bağlı sağlamlıq problemləri yaşamış və təxminən yeddi il əvvəl əməliyyat olunub.

Atası Dhanaji Kharat rayon şurasına bağlı məktəbdə müəllim işləyir.

Onun sözlərinə görə, Varşa ürək əməliyyatından sonra gündəlik dərman qəbul edirdi, lakin həmin gün kollecə tələsərkən dərmanını unutmuşdu.

Əfsanə Rəcəb
“Cebheinfo.az”