21 yaşlı turisti elektrik cərəyanı vurdu

21 yaşlı turisti elektrik cərəyanı vurdu

Londonun kral parklarının birində qəza nəticəsində elektrik cərəyanı vuran turist həyatda qalmaq üçün mübarizə aparır. 

“Cebheinfo.az” xəbər verir ki, 21 yaşlı Anastasiya Qriqorjevanı St. James Parkında foto çəkdirən zaman təsadüfən ayağını dəmir lövhəyə qoyub və naqilin qırılması nəticəsində onu elektrik cərəyanı vurub.

Ailəsinin dediyinə görə, tibb işçiləri onun həyatını çətinliklə xilas ediblər. Lakin o, üç aylıq yaddaş itkisinə və ayaq sinirlərinin zədələnməsinə səbəb olan ağır beyin zədəsi alıb. Gənc qadın iyul ayında infarkt da keçirib.

Latviyadan olan tələbə Qriqorjeva hazırda ədalət axtarışındadır.

Belə ki, o, parkda qırılan naqilin təmir olunmaması nəticəsində başqa insanların da həyatının təhlükədə olduğunu bildirib.  

Əfsanə Rəcəb
“Cebheinfo.az”