ABŞ rus neftini alanları cəzalandıracaq
ABŞ Ukraynadakı hərbi əməliyyatların dayandırılmasını təmin etmək məqsədilə Çin, Hindistan və Braziliyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı səfiri Mett Uitaker "Bloomberg" Televiziyasına verdiyi açıqlamada bildirib.
Uitaker deyib: “Rusiyanın hasil etdiyi nefti alaraq bu müharibənin maliyyəsini təmin edən Çin, Hindistan və Braziliya kimi ölkələrə qarşı ikincili sanksiyalar və gömrük rüsumları bu müharibəni bitirmək üçün atılacaq növbəti addımdır”.
O əlavə edib: “Bu, onları həqiqətən ən həssas yerlərindən vuracaq və bu da Rusiyanın əsas gəlir mənbəyi olan neft satışından gəlir əldə edən bu ölkələrə edilən satışlarla bağlıdır”.
Nigar Hacılı
"Cebheinfo.az"


