ABŞ tarixində ilk: Çin qarşısında geri addım atdı

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən 145 faizlik verginin həddindən artıq olduğunu, daha yüksək verginin tətbiq olunmayacağını və hətta azaldıla biləcəyini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki. ABŞ Prezidenti Tramp Çin Prezidenti Si Cinpin ilə yaxşı rəftar edəcəyini bəyan edərək, Çinin razılaşmadığı təqdirdə sövdələşəcəklərini və 145 faiz verginin həddindən artıq çox olduğunu bildirib.
Tramp həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Paueli istefaya göndərməyəcəyini açıqlayıb.
Çin ABŞ-nin tarif artımlarına cavab verən ilk ölkə olub və eyni şəkildə cavab verib. İki ölkə arasında tariflərin hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi tarifləri 145 faizə, Çin isə ABŞ-a tarifini 125 faizə qaldırıb.
Vaşinqton administrasiyası digər ölkələrə tətbiq edilən qarşılıqlı tarifləri 90 gün təxirə salarkən, Çinə tətbiq edilən tariflər qüvvəyə minib.
Tramp daha sonra smartfonlar, noutbuklar, disklər, kompüter prosessorları və çiplər kimi bəzi texnologiya məhsullarının əlavə vergilərdən azad ediləcəyini açıqlayıb.
Nigar
“Cebheinfo.az”