Avstraliya ümumi seçkilərə gedir

Avstraliya ümumi seçkilərə gedir

Avstraliyanın Baş naziri Antoni Albanese ölkədə ümumi seçkilərin mayın 3-də keçiriləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Kanberrada təşkil edilən mətbuat konfransında danışan Albanese, ümumi seçkilərlə bağlı açıqlamalar verib:

"Avstraliya xalqımızın gücü və dözümlülüyünə görə indi dönüş nöqtəsindədir. Mayın 3-də istiqamətimizi siz müəyyən edəcəksiniz".

Seçkilər üçün ən mühüm gündəm maddələrinin yüksək yaşayış səviyyəsi və artan mənzil qıtlığı olacağı gözlənilir. Seçicilər Nümayəndələr Palatasındakı 150 yerin hamısına və Senatdakı 76 yerdən 40-na qanunvericiləri seçəcəklər.

Xatırladaq ki, 2022-ci ildə keçirilən son federal seçkilərdə hakim Leyboristlər Partiyası 77, müxalifət isə 58 yer qazanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"