Son iddia: Bəşər Əsəd ailəsi ilə birlikdə ölkədən qaçdı

Son iddia: Bəşər Əsəd ailəsi ilə birlikdə ölkədən qaçdı

Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etdiyi ilə bağlı məlumatlar yayılıb.

"Cebheinfo.az" xəbər verir ki, ərəb jurnalist və "Qlobal Arab Netvork"un sahibi Hassan İbrahim belə bir açıqlama ilə çıxış edib. O, bildirib ki, Bəşər Əsədin ailəsi ilə birlikdə Suriyadan qaçıb və buməlumat da təsdiqlənir. 

Bəşər Əsədin hansı ölkəyə getdiyi məlum deyil. Bəzi məlumatlara görə o İranın Ali Rəhbəri ilə danışıqdan sonra ölkədən çıxıb. 

Xatırladaq ki, Suriyada uzun illərdir davam edən daxili münaqişə və siyasi gərginliklər fonunda belə bir hadisənin baş verməsi regionda yeni siyasi və hərbi dəyişikliklərə yol aça bilər. Bəzi xəbərlərə görə müxalifət artıq Dəməşqə doğru irəliləyir və onlar Bəşər Əsədə 24 saat vaxt vermişdilər.

Onu da qeyd edək ki, Əsəd Rusiyadan gözlədiyi yardımı ala bilməyib. Əksinə, Rusiya öz vətəndaşlarını ölkədən çıxmağa çağırdı.

"Cebheinfo.az"