Bu gün Türkiyədə toya da qadağa var

Bu gün Türkiyədə toya da qadağa var

Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb. Seçki günü ilə əlaqədar Türkiyədə bir sıra qadağalar müəyyən edilib.

Cebhe.info xəbər verir ki, səsvermə yerli vaxtla saat 08:00-17:00 arasında baş tutacaq. Səsvermə və ondan sonrakı müddətdə bəzi qadağalar tətbiq edilir. Belə ki, saat 06:00-dan 24:00-a qədər spirtli içkilər satılmayacaq, ictimai yerlərdə spirtli içkilərin verilməsi və içilməsi qadağan ediləcək. Səsvermə müddətində əyləncə məkanları bağlı qalacaq, yalnız həmin məkanlarda yemək yeməyə icazə veriləcək. Toy etmək istəyənlər seçki qadağalarına və göstərilən qaydalara əməl etmək şərti ilə saat 18:00-dan sonra toy edə bilərlər.

Təhlükəsizliyi və asayişi qorumaqla məşğul olanlardan başqa heç kim silah daşıya bilməyəcək. Radiolar və hər cür yayım orqanları bu gün saat 18:00-dək seçki və seçkilərin nəticələri ilə bağlı xəbər, proqnoz və şərh verə bilməyəcək. Yalnız YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər yayımlana bilər.

Bütün yayımlar saat 21:00-dan sonra sərbəst olacaq, lakin Ali Seçki Şurası (YSK) tərəfindən zərurət yaranarsa, saat 21:00-dan əvvəl yayımlanmasına qərar verilə bilər.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilir. İlk turda mübarizə aparan üç namizədlərdən Rəcəb Tayyib Ərdoğan 49,51 %, Kamal Kılıçtaroğlu 44,88 %, Sinan Oğan isə 5,7 % səs toplayıb.

Günay Şahmar
Cebhe.info