Bu ölkələr İranın nüvə proqramından narahatdır

Bu ölkələr İranın nüvə proqramından narahatdır

Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlə nazirləri İranın nüvə proqramını genişləndirmək qərarını pisləyib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat yayıb.

Bu xüsusda birgə bəyanatda deyilir ki, Tehran administrasiyası nüvə proqramını daha da genişləndirmək üçün addımlar atır:

"Belə ki, İran Natanz zənginləşdirmə qurğusunda onlarla əlavə təkmil sentrifuqanı işlətməklə, eləcə də həm Fordo, həm də Natanz obyektlərində daha minlərlə sentrifuqa quraşdıracağını elan etməklə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) öhdəliklərinə zidd addımlar atır".

Bəyanatda həmçinin qeyd olunub ki, bu qərar İranın nüvə proqramının daha da genişlənməsi deməkdir və bu, nüvə silahlarının yayılması riskləri daşıyır. 

Nigar Hacılı 
 "Cebhe.info"