Çin ilə Filippin arasında növbəti gərginlik

Çin ilə Filippin arasında növbəti gərginlik

Cənubi Çin dənizinin mübahisəli hissəsində Çin Spratli adalarından üç Filippin təyyarəsini uzaqlaşdırdığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhəsi Komandanlığından verilən açıqlamada Filippinə məxsus 1 ədəd "C-208" və 2 ədəd "N-22" tipli təyyarənin çinlilərin "Nanşa adaları" adlandırdığı ada və qayalıqların yerləşdiyi bölgənin hava məkanına qeyri-qanuni yollarla daxil olduğu bildirilib.

Açıqlamada sahil mühafizə bölmələrinin vəziyyəti yaxından izlədiyi və təyyarələrə xəbərdarlıq edilərək ərazidən uzaqlaşdırıldığı qeyd edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"