Daha bir sosial şəbəkə qiymətləri bahalaşdırdı

Məşhur sosial şəbəkə platforması olan “Spotify” abunə haqqını artırıb.
Cebhe.info xəbər verir ki, bununla bağlı şirkət özü məlumat yayıb. Bildirilib ki, qiymət artımı platformanı reklamsız izləyən abunəçilərə şamil olunacaq.
Artım isə standar deyil, ölkələr üzrə fərqlənir. Belə ki, amerikalı istifadəçilər premium abunəlik üçün 10.99 dollar (əvvəl 9.99 dollar) ödəyəcək. Bu artım 53 ölkədə keçərlidir. Türkiyədə isə artım 30 faizdən artıq olub. Belə ki, Türkiyədə premium abunəlik 29.99 lirədən 39.99 lirəyə yüksəlib.
Qeyd edək ki, Azərbaycan istifadəçilərinin sayı çox olmayan “Spotify”ı dünya üzərinddə reklamsız izləyən abunəçilərin sayı 200 milyon civarındadır.
Vilayət Muxtar
Cebhe.info