Davudoğlu qayıdacaq? – AKP-dən AÇIQLAMA

Davudoğlu qayıdacaq? – AKP-dən AÇIQLAMA

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Nedim Yamal açıqlaması ilə diqqət çəkib.

“Cebheinfo.az” xəbər verir ki, millət vəkili Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun AKP-yə qayıdacağı iddiaları barədə danışıb.

Nedim Yamal “TV100” telekanalına açıqlamasında bildirib ki, Davudoğlunun AKP-yə qayıtma ehtimalı yoxdur:

“AKP cəbhəsindən aldığım kulis məlumatlarına görə, Əhməd Davudoğlu partiyaya qayıtmayacaq. AKP-nin qapıları Əhməd Davudoğluna qapalıdır”. 

Xatırladaq ki, son günlər Əhməd Davudoğlunun AKP-yə geri dönəcəyi barədə iddialar yayılırdı. Hətta Davudoğlunun bunu istisna etmədiyi açıqlamalardan sonra sözügedən iddialar daha da artmışdı.

Elmir Mustafa
“Cebheinfo.az”