Dominikanda gecə klubunda faciə - 18 ölü, 120 yaralı

Dominikanda gecə klubunda faciə - 18 ölü, 120 yaralı

Dominikan Respublikasında gecə klubunun damı uçub, azı 18 nəfər ölüb.

Bu haqda “Independent” nəşri məlumat yayıb.

Hadisə paytaxt Santo Dominqodakı “Jet Set” gecə klubunda baş verib.

Prezident Luis Abinader “X”də faciə ilə bağlı açıqlama verib:

“Jet Set gecə klubunda baş verən faciəyə görə dərin təəssüf hissi keçiririk. Hadisəni anbaan izləyirik”.

Təcili Əməliyyatlar Mərkəzinin direktoru Xuan Manuel Mendez bildirib ki, hadisə zamanı 120-dən çox insan yaralanıb. Xilasedicilər dağıntılar altında axtarışlar aparırlar:

“Biz güman edirik ki, onların bir çoxu hələ də sağdır və buna görə də dağıntılar altında bir nəfər belə qalmayana qədər işimizi buraxmayacağıq”.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşdirilməyib.

"Cebheinfo.az"