Neftimizin qiyməti 2 dollara yaxın artıb

Neftimizin qiyməti 2 dollara yaxın artıb

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,32 ABŞ dollar artıb.

"Cebheinfo.az" xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,32 ABŞ dolları, yaxud 1,97 % artaraq 68,46 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

"Cebheinfo.az"