Ölkəsinə qayıdan suriyalıların sayı AÇIQLANDI

Ölkəsinə qayıdan suriyalıların sayı AÇIQLANDI

Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə qardaş ölkənin daxili işlər naziri Ali Yerlikaya danışıb.

O, 9 dekabr 2024-cü ildən indiyə kimi 175 min 512 nəfər suriyalının könüllü və təhlükəsiz şəkildə ölkəsinə qayıtdığını deyib:

"Bu isə toplamda 33 min 730 ailə deməkdir. 2017-2025-ci illər arasında Suriyaya könüllü və təhlükəsiz qayıdan suriyalıların sayı artıq 915 min 515 nəfərə çatıb".

Elmir Mustafa 
"Cebheinfo.az"