Egey dənizi silkələndi

Egey dənizi silkələndi

Egey dənizi ərazisində zəlzələ olub.

Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Yeraltı təkan Rixter şkalası üzrə 3.2 balla qiymətləndirilib. Bildirilib ki, zəlzələnin ocağı yerin 4.7 kilometr dərinliyində yerləşib.

Təbiət hadisəsi ətraf ərazilərdə cüzi hiss edilsə də, heç bir dağıntı və itki qeydə alınmayıb.

"Cebheinfo.az"