Əlcəzairlə Fransa arasında diplomatik qalmaqal

Əlcəzairlə Fransa arasında diplomatik qalmaqal

Əlcəzair Fransa səfirliyindən 12 diplomatı qovmaq qərarına gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot sözügedən diplomatlara ölkəni tərk etmələri üçün 48 saat vaxt verildiyini açıqlayıb.Hadisənin üç Əlcəzair vətəndaşının Fransada saxlanması ilə əlaqəli olduğu bildirilir.Nazir Barrot Əlcəzair səlahiyyətlilərini deportasiya qərarından imtina etməyə çağıraraq, "Bu qərar həyata keçərsə, dərhal cavab verməkdən başqa çarəmiz qalmayacaq" deyib.Diplomatlar arasında Fransa Daxili İşlər Nazirliyinin rəsmilərinin də olduğu bildirilib. Ötən cümə günü Fransada üç Əlcəzairliyə qarşı rəsmi ittihamlar irəli sürülüb.

Şübhəlilər arasında konsulluğun əməkdaşı da var. Bu şəxslər 2024-cü ilin aprelində Parisətrafı qəsəbələrdən birində mühacirətdə olan Əlcəzairli sosial media nüfuzlu Amir Boukhorsun (ictimai olaraq “Amir DZ” kimi tanınır) oğurlanması ilə əlaqələndirilir.Əlcəzair hökuməti Fransa ədliyyəsinin bu addımını iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş son təşəbbüsləri sabote etmək məqsədi daşıyan addım kimi qiymətləndirir. Amir DZ Əlcəzair hökumətinə qarşı olan yazıları ilə tanınır və TikTok-da bir milyondan çox izləyicisi var. 

2016-cı ildən Fransada yaşayan fenomen 2023-cü ildə siyasi sığınacaq alıb. 2024-cü ilin aprelində qaçırılıb və bir gün sonra sərbəst buraxılıb.
Əlcəzair Boukhorsun ekstradisiya edilməsini və mühakimə olunmasını istəyir.Onun barəsində dələduzluq və terrorizm ittihamı ilə 9 ayrı beynəlxalq həbs orderinin verildiyi bildirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"