“Epşteyn işi”ndə yeni detallar: Moda dünyası ilə əlaqəsi üzə çıxdı
Qlobal pedofil şəbəkəsinin qurucusu kimi tanınan Ceffri Epşteynin zorakılıq, insan alveri və fahişəliyin təşkili ilə bağlı cinayətlərinə görə həbsxanada ölümündən yeddi il keçməsinə baxmayaraq, işlə bağlı yeni sənədlər üzə çıxmaqda davam edir.
“Cebheinfo.az” xəbər verir ki, Epşteynin gənc qadınlar və modellərlə əlaqə qurmaq üçün moda və modellik sənayesində geniş əlaqələr şəbəkəsi yaratdığı məlum olub.
ABŞ-nin “Washington Post” qəzeti 2009-cu ildə Epşteynlə Nyu-Yorkda fəaliyyət göstərən modellik agentliyinin sahibi Ramzi Elkoli arasında aparılmış elektron poçt yazışmalarını yayımlayıb. 100-dən çox məktubun təhlili göstərir ki, Elkoli 2009-cu ildən etibarən təxminən 10 il ərzində çoxsaylı gənc qadınları Epşteynlə tanış edib.
Sənədlərə əsasən, Epşteyn moda və modellik sənayesindən istifadə edərək öz ətrafına qadınları cəlb edib və geniş əlaqələr şəbəkəsi formalaşdırıb. Yazışmalarda Elkolinin Epşteynə müxtəlif qadınların fotoşəkillərini göndərdiyi, o cümlədən 18 yaşlı bir qadınla görüşün təşkilinə dair məlumatların yer aldığı bildirilir.
Yazışmalar həmçinin göstərir ki, İsveç, Rusiya və digər ölkələrdə fəaliyyət göstərən bəzi model agentliklərinin nümayəndələri də Epşteynlə əlaqədə olublar.
Sənədlərdə həmin şəxslərin Epşteynlə müntəzəm yazışmalar apardığı, gənc qadınların fotoşəkillərini paylaşdığı və bəzi hallarda onlar barədə açıq-saçıq ifadələr işlətdiyi qeyd olunur.
Əfsanə
"Cebheinfo.az"

