Ermənistanda növbədənkənar seçki olacaq?

“Ermənistanda növbədənkənar seçkilər olmayacaq” .
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan belə deyib.
O, yeni konstitusiya layihəsi üzrə referendum mövzusuna da toxunub.
“Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bundan əvvəl deyil, növbədənkənar parlament seçkilərindən sonra keçiriləcək. Daha doğrusu, 2026-cı ildə keçiriləcək növbəti seçkilərdən sonra”, - deyə Koncoryan bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”