"Fars": İranın ABŞ bazalarına zərbələri zamanı hədəflərin 70 %-i uğurla vurulub
İranın ABŞ bazalarına hücumlarının 70 %-i uğurlu olub.
“Fars”a danışan hərbi mənbənin sözlərinə görə, peyk görüntüləri və İranın xarici kəşfiyyat xidmətinin məlumatları ötən gecə ABŞ-ın regiondakı bazalarına atılan ballistik raketlər və dronların əksəriyyətinin hədəfləri müvəffəqiyyətlə vurduğunu göstərir.
Qeyd edək ki, ötən gecə ABŞ Hörmüz boğazında hərbi helikopterinin vurulmasına cavab olaraq İranda bir sıra hədəflərə zərbə endirib.
İran isə buna cavab olaraq İordaniya, Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına hücum edib.
"Cebheinfo.az"

