G7 ölkələri İrana xəbərdarlıq etdi

G7 ölkələri İrana Ukrayna münaqişəsində istifadə etmək üçün Rusiyanı ballistik raketlərlə təmin etməməklə bağlı xəbərdarlıq edib.
"Cebhe.info" xəbər verir ki, dünən Romada G7-nin baş tutan sammitində “Böyük yeddilik” liderləri Tehranı Rusiyaya ballistik raketlər verməməyə çağırıb.
Bəyan ediblər ki, İran hakimiyyətinin çağırışlara əməl etmədiyi təqdirdə ona qarşı sərt tədbirlər həyata keçirəcəklər:
“İran Rusiyaya ballistik raketlər və ya müvafiq texnologiya təmin etməyə davam edərsə, biz İrana qarşı yeni və əhəmiyyətli tədbirlər də daxil olmaqla, sürətlə və koordinasiyalı şəkildə cavab verməyə hazırıq”, - G7 liderlərinin bəyanatında deyilir.
Yunis Abdullayev
"Cebhe.info"