Gizli məlumatı mətbuata kim ötürüb?

Gizli məlumatı mətbuata kim ötürüb?

Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard ABŞ-nin kəşfiyyat orqanından iki məlumat sızması ilə bağlı faktları ölkənin Ədliyyə Nazirliyinə göndərərək cinayət işlərinin açılmasını tələb edib. 

"Cebheinfo.az" xəbər verir ki, T.Qabbard "X" sosial şəbəkəsində yazıb:

“Bu gün kəşfiyyat orqanından iki gizli məlumatın sızması ilə bağlı faktları cinayət işi açılması üçün Ədliyyə Nazirliyinə təqdim etdim”.

Qabbard əlavə edib ki, yaxın vaxtlarda “The Washington Post” (WP) qəzetinə qanunsuz məlumat ötürülməsi ilə bağlı üçüncü cinayət işinin də açılması gözlənilir. 

O bildirib ki, gizli məlumatların sızdırılması ABŞ Prezidentinin gündəmini zəiflətmək məqsədilə partiya maraqları naminə həyata keçirilir.

Milli Kəşfiyyat İdarəsinin rəhbəri vurğulayıb ki, gizli məlumatları sızdıran hər kəs aşkarlanacaq və qanun qarşısında tam məsuliyyətə cəlb olunacaq.

Qabbard söhbətin hansı konkret materialdan getdiyini açıqlamayıb. 

Səbinə Uğur 
"Cebheinfo.az"