Hörmüz boğazında YENİ TƏHLÜKƏ
Pentaqon “Washington Post”un mina təmizləmə fəaliyyətlərinin nə qədər davam edə biləcəyi ilə bağlı suallarını cavabsız qoyub.
“Cebheinfo.az” “Haberler.com”-a istinadən xəbər verir ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumların ardından bölgə ölkələrinə yayılan müharibə 8 apreldə ABŞ ilə İran arasında iki həftəlik atəşkəslə nəticələnmişdi.
ABŞ və İran 11 apreldə Pakistan vasitəsilə İslamabadda danışıqlar aparmış, lakin görüşlərin “razılaşma əldə olunmadan” başa çatdığı bildirilmişdi.
ABŞ Prezidenti Donald Tramp Pakistanın da tələbi ilə İran razılaşma üçün öz təklifini təqdim edənə qədər atəşkəsin uzadılması qərarını verdiyini açıqlamışdı.
Tramp açıqlamasında bunları söyləmişdir:
“İran rəhbərliyinin ciddi daxili parçalanma içində olduğu və Pakistanın da – feldmarşal Asim Munir və Baş nazir Şahbaz Şərifin tələbi ilə liderlər və nümayəndələr ortaq bir təklif təqdim edənə qədər İrana qarşı hücumumuzu dayandırmağımız istəndi.
Bu səbəbdən ordumuza blokadanı davam etdirmək və hər cəhətdən hazır olmaq göstərişi verdim. Ona görə də İranın təklifi təqdim edilənə və danışıqlar bir şəkildə nəticələnənə qədər atəşkəsi uzadacağam”.
Aişə Abdulova
“Cebheinfo.az”


