İranda havanın çirklənməsi səbəbindən 40 min insan ölüb

İranda havanın çirklənməsi səbəbindən 40 min insan ölüb

İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi ölkədə hər il təxminən 40 min insanın havanın çirklənməsi səbəbindən həyatını itirdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, nazir Zəfərkəndi bildirib ki, hər il 40 minə yaxın insan havanın çirklənməsi səbəbindən ölür. 

Havanın çirklənməsi ölkəyə təxminən 12 milyard dollara başa gəlir. Bu vəziyyət göstərir ki, biz bu problemi həll etməliyik deyib.

İranlı nazir bəyan edib ki, havanın çirklənməsi də xüsusilə uşaqlarda astma və ağciyər xəstəliklərinə səbəb olur.

Zəfərkəndi sözügedən məlumatların birbaşa və ya dolayı ölümləri göstərməsi ilə bağlı təfərrüatları açıqlamayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"