İranda nə qədər rabitə mərkəzi zərər görüb?
“ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı hücumlar zamanı ölkədə 500-dən çox rabitə mərkəzi və 100-dən artıq telekommunikasiya obyekti hədəfə alınıb”.
"Cebheinfo.az" xəbər verir ki, buunu İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi deyib. Nazir qeyd edib ki, ABŞ və İsrailin hücumları nəticəsində yüzlərlə rabitə və telekommunikasiya məntəqəsi zərər görüb:
“Düşmən bir neçə dəfə materiklə adalar arasındakı əlaqəni kəsməyə çalışdı. Buna baxmayaraq, avadanlıq və peyk rabitəsi vasitəsilə əlaqənin tamamilə kəsilməsinin qarşısı alındı. Müharibə dövründə vətəndaşların bir-biri ilə əlaqə saxlaya bilməməsi bizim ən böyük narahatlıqlarımızdan biri idi”.
Səttar Haşimi əlavə edib ki, materiklə adalar arasındakı rabitə İran üçün strateji əhəmiyyət daşıyır.Onun sözlərinə görə, müharibə dövründə əlaqənin davamlılığını təmin etmək üçün peyk əlaqələri mobil yerüstü stansiyalar vasitəsilə dəstəklənib.
O vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, ölkə daxilində rabitə sisteminin tamamilə iflic olmasının qarşısı alınıb və kommunikasiya xidmətlərinin davamlı fəaliyyəti təmin edilib.
Nigar Hacılı
"Cebheinfo.az"

