İranın sentrifuqalarında əsaslı dəyişiklik ediləcək

İranın sentrifuqalarında əsaslı dəyişiklik ediləcək

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın iki nüvə obyektində uranın zənginləşdirilməsində istifadə edilmək üçün 6 mindən çox yeni sentrifuqanın tikiləcəyi barədə agentliyə məlumat verdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, BAEA-nın İranın təminat təftişi ilə bağlı hazırladığı hesabatda ölkənin Fordo və Natanz nüvə obyektlərində mövcud vəziyyətlə bağlı məlumatlar yer alıb.

Bildirilib ki, Tehran administrasiyası sözügedən iki uranın zənginləşdirilməsi obyektində 6 mindən çox yeni sentrifuqa tikəcəyi barədə gentliyi məlumatlandırıb.

Qeyd edək ki, uranın zənginləşmə faizinin artırılmasında uranın zənginləşdirilməsi prosesində istifadə olunan sentrifuqaların inkişaf səviyyəsi vacibdir.

Nigar Hacılı 
"Cebheinfo.az"