Kılıçdaroğlu ilə bağlı sürpriz paylaşım: "Gəlir..."

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu ilə bağlı sürpriz iddia yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, CHP-nin Gümüşhane rayon təşkilatının sabiq sədri Bedri Ağaç diqqətçəkən paylaşım edib.
O, Kamal Kılıçdaroğlu ilə fotosunu paylaşaraq "Gəlir gəlməkdə olan" şərhini yazıb.
Fotonun üzərində isə "Haqq, hüquq, ədalət üçün xalqın Kamalı" sözü qeyd olunub.
Nəticədə, onun bu paylaşımı müzakirələrə səbəb olub. Hətta Kılıçdaroğlunun CHP-yə qayıdacağı iddialarının yayılmasına gətirib çıxarıb.
Elmir Mustafa
"Cebheinfo.az"